Azərbaycan millisinin sabiq məşqçisi: "Qara Qarayev futboldan "üzüsulu" getdi"
"Qarabağ", "Neftçi" və "Araz-Naxçıvan" klublarının sabiq yarımmüdafiəçisi Qara Qarayev futboldan "üzüsulu" ayrılıb.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis bu yaxınlarda futbolçu karyerasını başa vuran və Azərbaycan millisində analitik vəzifəsinə təyin olunan Qarayevin qərarından danışıb:
"Hər halda, Qara Qarayev bu məsələni ölçüb-biçib və qərar qəbul edib. Qarşısına qoyduğu məqsədləri özündən başqa heç kim bilmir. Düşünürəm ki, hələ bir müddət də futbol oynaya bilərdi. Lakin futbolda əldə etdiyi yüksək səviyyəni, qazandığı müsbət imici nəzərə alanda, karyerasını erkən başa vurmasını anlamaq olar. Belə demək olarsa, Qara futboldan "üzüsulu" getdi. Azərbaycanlı məşqçi olaraq ona gələcək karyerasında uğurlar arzu edirəm. O, həm futbolçu, həm də insan kimi nümunəvi biridir".
A.Əsədov Qara Qarayevin məşqçilikdə daha yaxşı yerlərə gəlməsi üçün üzərində çalışmalı olduğunu qeyd edib:
"Bəzən görürsünüz ki, yaxşı futbolçu yaxşı məşqçi ola bilmir. Yaxud bunun əksi baş verir. Qara futbol oynadığı dövrdə güclü məşqçilərlə çalışıb. Düşünürəm ki, müəyyən qədər öz üzərində işləməlidir. Yəqin ki, gələcəkdə onu məşqçi kurslarında görəcəyik. Bu, təcrübəsini artırmaq və püxtələşmək baxımından vacibdir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













