Xərçəngə səbəb olan qidaların siyahısı - Bunlardan uzaq olun
Far.Az xəbər saytı

Xərçəngə səbəb olan qidaların siyahısı - Bunlardan uzaq olun


Amerikalı alimlər qidalanma tərzi ilə onkoloji xəstəliklərin yaranma riski arasında birbaşa əlaqə olduğunu təsdiqləyiblər.

Bu barədə nəticələr Journal of the National Cancer Institute jurnalında dərc olunmuş araşdırmada qeyd olunur.

Far.Az xəbər verir ki, elmi işin məlumatına görə, bitki mənşəli qidaların az, lakin dərin emaldan keçmiş məhsulların çox istehlakı xərçəngin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Yetkin insanların qidalanma vərdişlərinin təhlili göstərib ki, ən təhlükəli qidalar bunlardır:

Qırmızı ət və ət məhsullarının, şirin qazlı içkilərin, konservantlı ərzaqların üstünlük təşkil etdiyi və tərəvəz, meyvə, antioksidant və lifin az olduğu rasionlardır.

Mütəxəssislər vurğulayırlar ki, riskə səbəb olan yalnız bir məhsul deyil, ümumi həyat tərzidir. Onların fikrincə, xərçəng xəstəliklərinin qarşısını almağın ən təsirli yolu - balanslı qidalanma, müntəzəm fiziki aktivlik və bədən çəkisinin normal səviyyədə saxlanılmasıdır.

Diyetoloqlar əlavə edirlər ki, zərərli qidalardan uzunmüddətli istifadə etdikdən sonra bədəni yükləmədən tədricən sağlam qidalanma rejiminə keçmək lazımdır:

Faydalı qidaların payını artırmaq,

Su balansına nəzarət etmək və

Mülayim fiziki hərəkətləri artırmaq tövsiyə olunur.

Belə yanaşma orqanizmin stresssiz şəkildə bərpasına, enerji səviyyəsinin qorunmasına və sağlam həyat tərzinə keçidə kömək edir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər