ABŞ və Ermənistan TRIPP-in reallaşması ilə bağlı birgə bəyanat qəbul ediblər - YENİLƏNİB
Far.Az xəbər saytı

ABŞ və Ermənistan TRIPP-in reallaşması ilə bağlı birgə bəyanat qəbul ediblər - YENİLƏNİB


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.

"Far.Az"un Ermənistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf dinamikasını və əldə edilmiş razılaşmaların həyata keçirilməsini məmnuniyyətlə qeyd ediblər.

Mirzoyan və Rubio 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.

Hər iki tərəf Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə addımlar atılmasını nəzərdən keçirib.

Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyanatı təsdiqləyiblər və razılaşdırıldığı kimi, bu bəyanat Vaşinqton vaxtı ilə saat 17:00-da dərc olunacaq.

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

"Far.Az" xəbər verir ki, juranlistlərə verdiyi qısa açıqlamada Rubio bildirib ki, tərəflər tarixi razılaşmaların bir hissəsi olaraq 2025-ci ilin avqust ayında ABŞ, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış sənədin həyata keçirilməsi üçün bu gün də işlərini davam etdirəcəklər:

"Biz səmimi qəlbdən inanırıq ki, bu müqavilə nəticədə bütün dünya üçün bir modelə, iqtisadi fəaliyyətə və rifaha qapı açmağın bir nümunəsinə çevriləcək. Bu, əla bir nümunədir. İnanırıq ki, bu, Ermənistan üçün, ABŞ üçün, iştirak edən hər kəs üçün faydalı olacaq. Amma nəticə etibarilə, bu, dünya üçün bir modeldir. Biz bu işə dərindən sadiqik və bu gün irəliləməyə davam etmək üçün vacib addımlar atırıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər