Çin heroqliflərini və ingilis əlifbasını oxuya bilən "dahi" şimpanze Ai 49 yaşında öldü
Far.Az xəbər saytı

Çin heroqliflərini və ingilis əlifbasını oxuya bilən "dahi" şimpanze Ai 49 yaşında öldü


Çin heroqliflərini və ingilis əlifbasını tanıya bilən, elmi ictimaiyyətdə "dahi" kimi tanınan şimpanze Ai 49 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Yaponiyanın Kioto Universiteti məlumat yayıb. Bildirilib ki, Ai yaşlılığa bağlı çoxsaylı orqan çatışmazlığı səbəbindən cümə günü ölüb.

Adı yapon dilində "sevgi" mənasını verən Ai 1977-ci ildə Qərbi Afrikadan Yaponiyaya gətirilmişdi. Primatoloq Tetsuro Matsuzawanın rəhbərliyi ilə aparılan tədqiqatlarda Ai-nin bacarıqları alimləri heyrətləndirib.

Şimpanzenin nailiyyətləri yalnız dillərlə məhdudlaşmayıb. O, 100-dən çox Çin heroqlifini, ingilis əlifbasının bütün hərflərini, 0-dan 9-a qədər ərəb rəqəmlərini tanıya, eləcə də 11 fərqli rəngi ayırd edə bilirdi. Kompüter ekranında "çəhrayı" sözünü gördükdə uyğun rəngdə kvadratı seçir, alma görüntüsü təqdim edildikdə isə ekrandakı həndəsi fiqurlardan istifadə edərək "virtual alma" yarada bilirdi.

Kioto Universitetinin tədqiqatçıları Ai-nin son dərəcə maraqlı olduğunu, araşdırmalarda fəal iştirak etdiyini və şimpanze zəkanın əvvəllər məlum olmayan tərəflərini ilk dəfə üzə çıxardığını bildiriblər.

Ai-nin həyatı boyu əldə edilən elmi nəticələr Nature kimi nüfuzlu jurnallarda dərc olunub və çoxsaylı sənədli filmlərə mövzu olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər