"Real"ın gənc futbolçusu Raul Qonsalesin rekordunu qırıb
Far.Az xəbər saytı

"Real"ın gənc futbolçusu Raul Qonsalesin rekordunu qırıb


İspaniyanın "Real" klubunun gənc futbolçusu Endrik komandanın sabiq üzvü Raul Qonsalesin rekordunu qırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu Madrid klubunda qol vuran ən gənc futboloçu ünvanını ələ keçirib.

18 yaşlı hücumçu bunu ötən gün UEFA Çempionlar Liqasında "Ştutqart"la oyunda reallaşdırıb. O, Almaniya klubuna qol vurarkən 18 yaş 58 günündə olub.

Madrid klubunun əfsanəsi isə bunu 1995/1996 mövsümündə 18 yaş 113 günündə olarkən Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı oyunda həyata keçirmişdi. R.Qonsales sözügedən görüşdə het-trikə imza atmışdı.

Qeyd edək ki, "Real" - "Ştutqart" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Endrik 90+5-ci dəqiqədə fərqlənib.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər