Bakıda "brend saat" satdığını deyərək dələduzluq edən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Bakıda "brend saat" satdığını deyərək dələduzluq edən şəxs saxlanılıb


Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən "Far.Az"a bildirilib ki, zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən "brend marka" adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu yolla vətəndaşın 5 200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb.

Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər