Bu MMC-nin "Referans Medical Group" ilə əlaqəsi yoxdur
Far.Az xəbər saytı

Bu MMC-nin "Referans Medical Group" ilə əlaqəsi yoxdur


Bəzi media subyektlərində "Referans Pharmaceuticals"ın dövlət qurumları ilə dərman biznesi – araşdırma" başlıqlı yazılar yayılıb.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı həmin materiallarda adı çəkilən "Referans Pharmaceuticals" MMC ilə "Referans Medical Group" klinikalar şəbəkəsi arasında hər hansı hüquqi, institusional və ya idarəetmə baxımından əlaqənin olmadığı müəyyən edilib.

Məlumata görə, sözügedən qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir və ayrı-ayrı fəaliyyət göstərirlər.

İki qurumun təsisçilik strukturu, idarəetmə mexanizmi və maliyyə fəaliyyəti üst-üstə düşmür. Onların dövlət qurumları ilə münasibətləri və biznes əlaqələri də ayrıca formalaşır və bir-biri ilə əlaqələndirilmir.

Araşdırma nəticələri göstərir ki, yayılan iddialar rəsmi və hüquqi məlumatlarla təsdiqlənmir və "Referans Pharmaceuticals" MMC ilə "Referans Medical Group" arasında əlaqə mövcud deyil.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər