İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Həkim Rob Qallouey özünü daha yaxşı hiss etmək üçün qəhvəni və səhər yeməyini hansı vaxtda qəbul etməyin daha məqsədəuyğun olduğunu izah edib.
Far.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Qallouey ilk fincan qəhvə üçün oyandıqdan təxminən 25-30 dəqiqə sonranı ideal vaxt adlandırıb. O bildirib ki, səhər yuxudan duran kimi bir stəkan su içir, dişlərini təmizləyir, 10 dəqiqəlik yüngül idman hərəkətləri edir və yalnız bundan sonra qəhvə içir.
Həkimin sözlərinə görə, oyandıqdan sonra bir saat ərzində qəhvə içməmək barədə yayılan tövsiyələr hormon proseslərinin səhv izahına əsaslanır.
"İlk 60 dəqiqədə orqanizmdə kortizol səviyyəsi artır və guya kofein bu prosesə mane olur. Əslində isə mütəmadi qəhvə içən insanlarda kofeinə qarşı tolerantlıq formalaşır və zamanla o, kortizolun artımına təsir göstərmir", – deyə Qallouey qeyd edib.
Mütəxəssis əlavə edib ki, bir fincan qəhvədən sonra özündə 30 dəqiqəlik kardio məşqi üçün kifayət qədər enerji hiss edir. Daha sonra duş qəbul edir və yalnız bundan təxminən bir saat sonra səhər yeməyi yeyir.
"Mən adətən oyandıqdan 90 dəqiqə sonra, iştaha yaxşı yarananda qidalanmağa çalışıram", - deyə həkim vurğulayıb. Onun sözlərinə görə, səhər yeməyində yumurta, kəsmik, həmçinin giləmeyvə, qoz-fındıq və toxumlarla zəngin böyük porsiya yulaf sıyığı yeyir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Yanında hamam xalatı daşıyan, gündə 50-80 stəkan çay içən TÜRKİYƏLİ MƏŞHURLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













