Azərbaycanın dörd komandası bu gün yoxlama oyunu keçirəcək
Far.Az xəbər saytı

Azərbaycanın dörd komandası bu gün yoxlama oyunu keçirəcək


Azərbaycanın dörd komandası bu gün yoxlama oyunu keçirəcək.

"Far.Az"un məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə üz-üzə gələcək.

"Ağ-qaralar" daha əvvəl Misir təmsilçisi "Piramids"lə heç-heçə (1:1) edib. Qazaxıstanın "Kayrat" komandasını üç cavabsız qolla üstələyib.

Türkiyənin Antalya bölgəsində toplanışda olan "Zirə" və "Qarabağ" isə bu gün iki matça çıxacaqlar. Paytaxt klubu Ukraynanın "Aleksandriya və Çexiyanın "Bohemians 1905" kollektivləri ilə görüşəcək. Ağdamlılar Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osiyek", 19:00-da Polşanın "Zaqlebye" komandasını sınağa çəkəcək.

"Zirə" ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3. Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla məğlub edib.

"Sumqayıt" Antalyada sonuncu qarşılaşmasını keçirəcək. "Gənclik şəhəri" təmsilçisi axşam saatlarında "Osiyek"lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.

Oxşar xəbərlər

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər