Nadejda İsmayılova "Şöhrət" ordeni ilə təltif edilib
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova "Şöhrət" ordeni ilə təltif edilib.
"Far.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Nadejda Vasilyevna İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1962-ci ildə ADU-nun Filologiya fakültəsini, 1968-ci ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşünas fakültəsini bitirib. 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1984-cü ilə qədər "Azərbaycanfilm" kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə AzTV nin "Azərtelefilm" YB-də işləyib. "Dalğa", "Həftə plyus" "TV Kuryer" televiziya publisistik proqramların müəllifi və aparıcısı olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb













