"Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur" - Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradıb
Paytaxtda aparılan tikinti işləri bəzi sakinlər üçün ciddi problemlər yaradır. Köçürülməyə razılaşmayan vətəndaşlar səs-küy, toz-duman və təhlükəsizlik riskləri ilə üz-üzə qalırlar.
Baku TV-nin əməkdaşı vəziyyəti yerində araşdırmaq üçün tikinti işləri aparılan ərazilərdən birində olub.
"Tikinti zamanı bura bir dəfə uçdu, dağıldı. Uşaq var, böyük var, hamı qorxu içindədir. Kimə deyək? Şikayət edirik, eşidən yoxdur", - deyə sakinlərdən biri bildirib.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, tikinti aparılan ərazilərdə təhlükəsizlik məsələsi mütləq ön planda olmalıdır: "Ətrafda məskunlaşan sakinlərin həyat və sağlamlığı üçün heç bir təhlükə riski yaranmamalıdır".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti meydançasında yanğın təhlükəsizliyinin, təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitinin təmin edilməsi, həmçinin tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsi sifarişçi təşkilatın birbaşa vəzifəsidir.
Nazirliyin açıqlamasında vurğulanıb ki, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri zamanı yarana biləcək təhlükələrdən qorunması və mümkün qəzaların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülməlidir.
Oxşar xəbərlər
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
-
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
-
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
-
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir













