Qərbi Azərbaycan Xronikası: Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın
Qaraqoyunlu dərəsində ancaq azərbaycanlılar yaşayırdı, erməni yox idi.
BAKU.WS xəbər verir ki, bu, "Baku TV"nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışında qeyd olunub.
"Qaraqoyunlu dərəsində heç vaxt erməni olmayıb" adlı veriliş Karvansara rayonunun Salah kənd sakini Səfayə Həsənovanın həyat hekayəsinə həsr olunub.
O, 1947-ci ildə anadan olduğunu, uşaqlıq illərinin çox maraqlı keçdiyini, məktəb illərində meşədən meyvə yığdıqlarını deyib: "Qaraqoyunlu dərəsində ancaq azərbaycanlılar yaşayırdı, erməni yox idi.
Oradakı alban kilsəsini ermənilər öz adlarına çıxırdılar. Ancaq üstündəki yazılardan təsdiq etdik ki, bu, alban kilsəsidir.
Babam, nənəm deyirdilər ki, 1912-ci ildə bizim camaat Cantəpə yaylağında olanda ermənilər Cəmbərək kəndindən hücum edib, qocanı, qarını, uşağı güllələyiblər. Göyçə tərəfə qaçanı tutub diri-diri Göyçə gölünə suya töküblər.
Babamgil Qazax rayonuna qaçıblar. Avqust ayında orada istidən çox adam məhv olub. Babam nənəmi, 2 yaşlı atamı və 4 yaşlı əmimi piyada yenidən Salah kəndinə gətirib. Atamgil 1918-ci ildə araba ilə Türkiyəyə keçmək istəyiblər. Lakin sovet ordusu onları qoymayıb".
Daha ətraflı linkdən izləyə bilərsiniz:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Qərbi Azərbaycan Xronikası: Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
-
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
-
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
-
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır - EKSKLÜZİV













