"Qalatasaray"ın keçmiş futbolçusu narkotik alverinə görə həbs edilib
Far.Az xəbər saytı

"Qalatasaray"ın keçmiş futbolçusu narkotik alverinə görə həbs edilib


Türkiyədə məşhur şəxslərə qarşı başladılan narkotik araşdırması çərçivəsində saxlanılan keçmiş futbolçu Ümit Karan həbs edilib.

"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, aralarında "Qalatasaray"ın keçmiş futbolçusu Ümit Karan, DJ Merve Sanay və fenomen Deniz Berk Cengizin də olduğu 18 şübhəli şəxs yanvarın 15-də saxlanılıb.

Bir gün sonra səhər saatlarında keçirilən əməliyyatda aktrisa Çağla Boz, aktrisa Melis Sabah, Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkın da polis idarəsinə aparılıb.

Polisin prosedurlarından sonra 23 şübhəli şəxs İstanbul Məhkəməsinə göndərilib. Ümit Karan "narkotik və ya stimulyator maddə alveri" ittihamı ilə həbs edilib.

Oxşar xəbərlər

10 il əvvəl boşanan Çağla Şıkel və Emre Altuğdan nümunəvi addım
Çağla Şıkel səhər yeməyi ilə hamını təəccübləndirdi
Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir
Türkiyədə qanunsuz mərc oyunlarına görə cəzalandırılan futbolçu məşhur müğənninin qardaşı imiş
Bakıda konsert verən Özcan Deniz: "Tamaşaçıların sevgisi məni dərindən təsirləndirdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər