Ukrayna-ABŞ danışıqları yanvarın 17-də Mayamidə keçiriləcək - Yenilənib
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu yanvarın 17-də Mayamidə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina öz feysbuk hesabında bildirib.
"Ukrayna ABŞ ilə dövlətimizin gələcək təhlükəsizlik arxitekturası və uzunmüddətli iqtisadi inkişafı barədə fəal məsləhətləşmələri davam etdirir. Sabah Mayami şəhərində danışıqlar keçiriləcək", - o qeyd edib.
Danışıqlarda Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerov, Volodimir Zelenskinin ofis rəhbəri Kirill Budanov və hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya iştirak edəcəklər.
"Biz iki əsas sənəd - təhlükəsizlik zəmanətləri və ümumi həcmi 800 milyard dollara qədər olan Ukraynanın iqtisadi inkişafı haqqında sazişlər üzərində işləyirik, bunlar da Davosda, Dünya İqtisadi Forumunda imzalana bilər. Səfərin məqsədi bu razılaşmaları amerikalı tərəfdaşlarla Ukrayna milli maraqlarına maksimum uyğun gələcək şəkildə tamamlamaqdır", - səfir əlavə edib.
Ukraynanın danışıqlar komandası ABŞ nümayəndə heyəti ilə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqların davam etdirilməsi üçün ABŞ-yə yola düşüb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyinə məlumatlı mənbə bildirib.
Nümayəndə heyətində Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və "Xalqın xidmətçisi" ("Sluqa naroda") fraksiyasının rəhbəri David Araxamiya təmsil olunur.
Ukrayna nümayəndə heyəti yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq niyyətindədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
-
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
-
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
-
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir













