"X" platformasındakı nasazlıqlar aradan qaldırılıb
Far.Az xəbər saytı

"X" platformasındakı nasazlıqlar aradan qaldırılıb


"X" platformasının işində müşahidə olunan nasazlıqlar əsasən aradan qaldırılıb.

Far.Az xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları təsdiq edir.

Axşam saatlarında 80 minə yaxın istifadəçi sosial media resursunun fəaliyyətindəki problemlərdən şikayət etsələr də, hazıra bu şikayətlər kəskin şəkildə azalaraq minə düşüb.

Xatırladaq ki, problemlər əsasən ABŞ, Yaponiya, Fransa, Almaniya və Avstraliyada qeydə alınıb.

***20:36

Dünyada "X" (əvvəl "Twitter") sosial şəbəkəsinin işində kütləvi problem yaranıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Downdetector" servisinin məlumatlarında bildirilib.

Sosial şəbəkənin işində yaranana problemlərlə bağlı kütləvi şikayətlər Bakı vaxtı ilə təqribən saat 19:00-dan daxil olmağa başlayıb.

Hazırda bir sıra ölkələrdə "X"in həm mobil tətbiqi, həm də kompüter versiyası işləmir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər