Zaqatalada bir ailədən 4 nəfər dəm qazından ZƏHƏRLƏNDİ
Far.Az xəbər saytı

Zaqatalada bir ailədən 4 nəfər dəm qazından ZƏHƏRLƏNDİ


Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00-da Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İ.S. və 2024-cü il təvəllüdlü E.S. zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladlarının vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.

Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər