10 yaşlı Sərxanı xilas edən şəxs Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş
Far.Az xəbər saytı

10 yaşlı Sərxanı xilas edən şəxs Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş


Ötən il dekabrın 25-də Bakının Səbail rayonundakı qəzada üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan Hüseynliyə kömək edən polkovnik-leytenant Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.

Far.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası sədr müavini Səadət Məmmədova sosial şəbəkə hesabında bildirib.

Qeyd olunub ki, Müşfiq Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Mikayıl Gözəlovun oğludur.

O da bildirilib ki, atası qətlə yetiriləndə Müşfiqin 3 yaşı tamam olmayıbmış.

10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş

Məlumat üçün bildirək ki, Mikayıl Gözəlov 11 dekabr 1991-ci ildə təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat edib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər