Rimas Kurtinaitis: "Yerli basketbolçular legionerlərdən geri qalmadılar"
Far.Az xəbər saytı

Rimas Kurtinaitis: "Yerli basketbolçular legionerlərdən geri qalmadılar"


"Sabah" klubunun baş məşqçisi Rimas Kurtinaitis yerli basketbolçulardan razıdır.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, Azərbaycan Basketbol Liqasının XIII turunda "Şəki" üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb:

"Bəlkə hesab arasındakı fərqə görə oyunçular bəzi epizodlarda daha rahat oynayırdı. Bu isə bəzən səhvlərə səbəb olur. Artıq ikinci oyundur son periodda 5 yerli basketbolçu ilə çıxış edirik. Bu dəfə daha çox şans qazandılar və deyərdim ki, oyun baxımından legionerlərdən geri qalmadılar. Hazırlıqlarımız plana uyğun davam edir".

Qeyd edək ki, "Sabah" - "Şəki" matçı Bakı klubunun 112:65 hesablı qələbəsi ilə nəticələnib.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Rimas Kurtinaitis: "NTD ilə matçda komandanın çıxışından razı qaldım"
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər