"Qarabağ"ın rəqibi baş məşqçisi ilə əməkdaşlığa xitam verib
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu baş məşqçisi Dino Toppmöllerlə əməkdaşlığa xitam verib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qərar son həftələrin hərtərəfli idman və struktur təhlilinin, həmçinin yeni təqvim ilindəki ilk üç oyunun nəticəsidir. Dino Toppmöller baş məşqçi postuna 2023/2024 mövsümündə gəlib və heyətdəki çoxsaylı dəyişikliklərdən sonra klubu beynəlxalq arenalara çıxarıb.
D.Toppmöller 2024/2025 mövsümündə Almaniya Bundesliqasını üçüncü pillədə başa vuraraq klub tarixinin ən yaxşı nəticəsinə imza atıb və komandanı ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldib.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













