İstanbulda uçuşlar ləğv edildi
Far.Az xəbər saytı

İstanbulda uçuşlar ləğv edildi


İstanbulun bütün rayonlarında mövsümün ilk güclü qar yağışı qeydə alınıb. Şəhərin əksər hissələri bazar günü günortadan sonra qısa müddətdə ağ örtüklə örtülüb.

Far.Az xəbər verir ki, məlumata görə, qar yağışı güclü küləklə müşayiət olunur. Sinoptiklər hər kvadratmetr əraziyə 3–7 kiloqram qar düşəcəyini proqnozlaşdıraraq, yollarda və nəqliyyatda fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq ediblər.

Güclü hava şəraiti İstanbulun şərqində yerləşən Sabiha Gökçen Hava Limanında da problemlərə səbəb olub. Belə ki, fırtına səbəbindən 38 reys ləğv edilib.

Türkiyənin Meteorologiya Baş İdarəsi isə Mərmərə dənizi ətrafında bazar və bazar ertəsi günləri küləyin sürətinin saatda 75 kilometrədək çatacağı barədə xəbərdarlıq yayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər