Keçən il 5 vəkil kollegiyadan xaric edilib, 10-nun fəaliyyəti dayandırılıb
Ötən il 5 vəkil kollegiyadan xaric edilib, 10-nun fəaliyyəti müəyyən müddətə dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında deyilib.
Bildirilib ki, 2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxil olmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş və baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasının qəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlı arayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169 qərar qəbil edilib.
Onlardan intizam tənbehi tətbiq edilmədən qanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 (21 %), xəbərdarlıq etmə 4 (2 %), irad tutma 18 (11 %), töhmət vermə 21 (12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən müddətə dayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayına görə) 5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə 40 (24 %), habelə qiymət verilməsinin mümkün olmaması 33-dür (20 %).
Oxşar xəbərlər
2 vəkilə irad bildirilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Naxçıvanda vəkillərin intizam məsuliyyətinə görə CƏRİMƏLƏR OLACAQ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













