Bakıda ana və ataya uşağın səhhəti ilə bağlı fərqli arayış verən həkim CƏZALANDIRILDI
Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası ilə bağlı ciddi iddia səsləndirilib. İddiaya görə, sözügedən poliklinika uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib. İddiaya əsasən, anaya uşağın sağlam, ataya isə xəstə olması barədə tibbi arayış verilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, 2025-ci il dekabrın 1-də vətəndaş Şahnaz Fərhad İsmayılova qızı övladı Y.İ.-nin sağlamlıq haqqında arayış (Forma-26) alınması məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 4 nömrəli Uşaq Poliklinikasına müraciət edib.
Məlumatda qeyd olunub ki, sözügedən tarixdə uşaq müayinə paketinə daxil olan bir sıra tibbi müayinələrdən keçirilib:
"Müayinələrin nəticəsinə əsasən, ultrasəs müayinəsi (USM) zamanı uşağın böyrəklərində çoxsaylı kistalar aşkar olunub. Bu barədə "e-tabib" elektron qeydiyyat sistemində həmin tarix üçün müvafiq qeydlər əks olunub.
"Forma-26" sənədinin tərtibi zamanı tibb müəssisəsinə yeni təyin olunmuş yeniyetmə həkimi Nərmin Zərgərova tərəfindən uşağın müayinə nəticələrinin müvafiq xanalara düzgün qeyd edilməməsi səbəbindən texniki səhvə yol verilib. Sözügedən xəta 4 nömrəli Uşaq Poliklinikasının baş həkimi tərəfindən aşkar edilib, həmin həkim barəsində müvafiq tədbir görülüb".
Oxşar xəbərlər
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













