Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb
Far.Az xəbər saytı

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb


Cəlilabad-Yardımlı yolu bağlanıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, güclü qar səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Sakinlərin verdiyi məlumata görə, ötən gündən yağan qar nəticəsində Yardımlı rayonu ərazisindən keçən hissəsində, əsasən də döngələrdə hərəkət mümkünsüz olub. Hazırda bu istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb.

Aidiyyəti qurumlar Cəlilabad-Yardımlı yolunda qarın təmizlənməsi işləri aparırlar, nəqliyyatın hərəkəti qismən təmin olunur.

Bölgədəki qeyri-sabit hava şəraitinə görə sürücülərə ehtiyatlı olmaları və mümkün olduqda dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər