DİN qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) Bakı, digər şəhər və rayonlarda qarlı hava ilə bağlı yol hərəkəti iştirakçılarına daha yüksək diqqət və məsuliyyətli olmaqla bağlı müraciət edib.
"Far.Az" xəbər verir ki, müraciətdə bütün yol hərəkəti iştirakçılarına ayıq-sayıq olmaq, diqqətli davranmaq və qarşılıqlı anlayış nümayiş etdirməklə bağlı çağırış olunub.
Bildirilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir:
"Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır. Bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir. Bu səbəbdən sürücülər hərəkət zamanı son dərəcə ehtiyatlı olmalı, ara məsafəsini qorumalı, sürət həddinə ciddi şəkildə riayət etməli, qəfil manevrlərdən çəkinməli və yol hərəkəti qaydalarına tam əməl etməlidirlər".
DİN, həmçinin, piyadalardan da qarlı hava şəraiti ilə əlaqədar bəzi şərtləri yerinə yetirməsini xahiş edib:
"Piyadalar yolları yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürüşkən yol örtüyünü nəzərə almalı, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirməli və öz təhlükəsizliklərini daim ön planda saxlamalıdırlar".
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb













