Güclü qar səbəbindən Cəlilabadın 50-dən çox kəndi işıqsız qalıb
Far.Az xəbər saytı

Güclü qar səbəbindən Cəlilabadın 50-dən çox kəndi işıqsız qalıb


Cəlilabad rayonunda yağan güclü qarın yaratdığı fəsadlar səbəbindən 50-də çox kəndin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Cəlilabad–Yardımlı avtomobil yolunda hərəkət çətinləşib, dağlıq ərazilərdə isə yol tamamilə bağlanıb.

Yolun bəzi sərt döngələrində qarın qalınlığının artması və buzlaşma nəticəsində avtomobillər yolda qalıb.

Həmçinin güclü qar rayonun elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik xətlərinin bəzi hissələrinin qırılması nəticəsində yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda 50-dən çox kənddə elektrik enerjisi yoxdur.

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir, yollar qardan təmizlənir.

Hazırda bölgədə güclü qarlı yağır, dağlıq kəndlərdə qarın hündürlüyü 50 sm-i keçib.

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər