"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq üçün səbəb görmür.
"Far.Az"un məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan "Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri" adlı vebinar zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcu Azərbaycanın kredit profilinin açıq-aşkar güclü tərəfidir.
"2025-ci il vəziyyətinə görə onun həcmi ÜDM-in 20 %-dən bir qədər çoxdur ki, bu da müəyyən olunmuş 30 %-lik həddən xeyli aşağıdır. Bu sahədə biz narahatlıq üçün səbəb görmürük", – Ramakrişnan vurğulayıb.
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat (ÜDM-in 19,5 %-i) təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalıb.
Dövlət borcunun strukturunda 17 milyard 46,8 milyon manat daxili borcun payına düşür, 4 milyard 893,1 milyon ABŞ dolları və ya 8 milyard 318,3 milyon manat isə xarici borcdur. 2024-cü il oktyabrın 1-i ilə müqayisədə daxili borc 0,8 %, xarici borc isə 7,7 % azalıb.
Oxşar xəbərlər
"Fitch": Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirini ÜDM-in 13 faizinədək azaltmağı hədəfləyir
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













