"Azərişıq" Lerikdəki problemlə bağlı məlumat yaydı
Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.
Far.Az xəbər verir ki, "Azərişıq" ASC yaranan problemlə bağlı məlumat yayıb.
Bildirilib ki, buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır:
"Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq" ASC əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq "Azərişıq" ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək".
Oxşar xəbərlər
"Azərişıq": Cənub regionunda elektrik enerjisinin verilişində məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













