ARDNF və "Brookfield Asset Management" uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalayıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə "Brookfield Asset Management" şirkəti arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
"Far.Az"un İsveçrəyə ezam olunan əməkdaşının məlumatına görə, imzalanma Prezident İlham Əliyevin bu gün Davosda (İsveçrə) "Brookfield Asset Management"in prezidenti Konnor Teski ilə görüşü çərçivəsində baş tutub.
Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Bununla yanaşı ARDNF-in "Brookfield"in idarə etdiyi fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarına qədər kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Qubada qaydaları pozan qazilər həbs edildilər













