Fon der Lyayen: Avropa öz təhlükəsizlik strategiyasını təkrar nəzərdən keçirməlidir
Far.Az xəbər saytı

Fon der Lyayen: Avropa öz təhlükəsizlik strategiyasını təkrar nəzərdən keçirməlidir


Qrenlandiyanın gələcəyini yalnız qrenlandiyalıların özləri həll edə bilər.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin plenar iclasında çıxış edərkən bildirib.

O, qeyd edib ki, Avropa İttifaqı (Aİ) ABŞ ilə Arktikanın təhlükəsizliyinə dair eyni strateji fikri bölüşür. Rəsmi eyni zamanda xəbərdarlıq edib ki, ABŞ-nin Qrenlandiya səbəbindən Aİ tərəfdaşlarının mallarına əlavə rüsumlar tətbiq etmək təhdidi münasibətlərə mənfi təsir edə bilər.

AK-nın rəhbəri həmçinin Arktikada təhlükəsizlik üçün strateji yanaşma barədə danışıb. Bildirib ki, bu məqsədlə Qrenlandiyaya Avropa investisiyalarının böyük axını da daxil olmaqla tədbirlər paketi üzərində iş gedir. Xüsusən də yerli iqtisadiyyatın və infrastrukturun daha da dəstəklənməsi, eləcə də Arktikada daha geniş təhlükəsizliyin təmin edilməsi üçün ABŞ və bütün tərəfdaşlarla birgə fəaliyyətlər həyata keçirilir.

"Hesab edirəm ki, Avropa özü bütövlükdə təhlükəsizlik strategiyasını təkrar nəzərdən keçirməlidir. Bununla yanaşı, günün yeni reallıqlarına uyğunlaşmaq üçün nəyin lazım olduğuna diqqət yetirmək lazımdır", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Fon der Lyayen: Aİ Qrenlandiya üçün investisiya və müdafiə paketi hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər