Buzovnada maşın piyadanı vurub öldürdü - ANBAAN VİDEO
Bakıda maşın piyadanı vururaq öldürüb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd edilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.
Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
"Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir",- məlumatda qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













