SOCAR-ın rəhbəri enerji keçidinin maliyyələşdirilməsində kompleks yanaşmaya çağırıb
Şirkətlərin kapitalı necə sərbəst buraxacaqlarını anlamaq üçün bütün növ enerji resurslarına kompleks yanaşma tələb olunur.
"Far.Az"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumu 2026-nın (WEF 2026) panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dekarbonizasiya kontekstində təfərrüatlara varmaq və texnologiyaları aydın şəkildə ayırmaq vacibdir.
"ABŞ-nin İnflyasiyanın Azaldılması Qanunu (IRA) çərçivəsində işlək olanları əsasən külək və günəş enerjisi, batareyalar və elektrik avtomobillərinə tətbiq oluna bilər. Lakin hətta IRA və digər dəstək tədbirləri hələlik "yaşıl hidrogen" və "yaşıl ammonyak" ilə bağlı işləmir. Uğur üçün müxtəlif komponentlər lazımdır", - SOCAR-ın rəhbəri qeyd edib.
O vurğuladı ki, hər hansı bir təşəbbüsün kommersiya əsası olmalıdır: "Maliyyələşdirmə istiqamətlərinə baxsaq, əsas maliyyə axını bərpa olunan enerji - külək, günəş, batareyalar və elektrik avtomobillərinə gedir. Karbontutma texnologiyaları, "yaşıl ammonyak", "yaşıl hidrogen" və metan emissiyalarının azaldılmasına çox az vəsait ayrılır. Çünki onların hələ davamlı bir kommersiya modeli yoxdur. Bunun üçün iqtisadi fayda və maliyyəyə çıxış olmalıdır. Bununla yanaşı, texnoloji tərəqqi və əlçatan həllərin meydana çıxması üçün günəş və külək enerjisində olduğu kimi, texnologiyaların dəyərinin əhəmiyyətli dərəcədə azaldığı sahələrdə, innovasiya və kapital lazımdır. Kommersiya bankları gəlir gətirməyən layihələri maliyyələşdirmir", - o izah edib.
R. Nəcəfin sözlərinə görə, bəzi şirkətlər, o cümlədən enerji şirkətləri, avanqard rol oynamağa hazırdırlar. Lakin bu halda onlar prioritetləri sərt şəkildə müəyyənləşdirməli olurlar.
"Cari şəraitdə, son ilin dinamikasına baxsaq, neft və qaz yenidən əsas əhəmiyyət kəsb edir. Baş direktor kimi mən kapitalın bölüşdürülməsi haqqında qərarlar qəbul etməliyəm və əlbəttə ki, neft və qaz prioritetlərdən biri olaraq qalır. Belə bir vəziyyətdə, əgər neft və qaz layihələrinin maliyyələşdirilməsi üçün xarici mənbələr yoxdursa, qeyri-kommersiya və qabaqcıl texnologiyalara yatırımlar etmək üçün sərbəst vəsaitlərim qalmır. Eyni zamanda, neft və qaz sektorundakı layihələr üçün beynəlxalq maliyyə qurumlarından və ya əksər Avropa kommersiya banklarından vəsait cəlb edə bilmirəm, bu da məni yalnız öz resurslarıma güvənməyə məcbur edir. Əgər bu vəsaitlər neft və qaza yönəldilərsə, onlar artıq hidrogen və ya "yaşıl ammonyak" üçün, hətta pilot layihələr üçün belə istifadə edilə bilməz. Məhz bu səbəbdən kapitalı necə sərbəst buraxmağı anlamaq üçün bütün enerji növlərinə kompleks yanaşma lazımdır", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













