SOCAR "First Abu Dhabi Bank"ı ilə strateji tərəfdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin ən böyük maliyyə institutlarından biri olan "First Abu Dhabi Bank"ı (FAB) ilə maliyyə və enerji sektorları üzrə strateji tərəfdaşlıq imkanlarını müzakirə edib.
"Far.Az" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.
FAB-ın baş icraçı direktoru Hana Al Rostamani ilə görüş İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində keçirilib.
Görüş zamanı SOCAR-ın korporativ strategiyası və uzunmüddətli prioritetləri, o cümlədən enerji təhlükəsizliyi, innovasiya, rəqəmsallaşma və enerji keçidi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, "yaşıl enerji" təşəbbüsləri, aşağı karbonlu həllər və enerji sənayesinin davamlı inkişafının təmin edilməsi istiqamətləri də müzakirə edilib, R. Nəcəf bildirib.
Oxşar xəbərlər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













