Putin: Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
Far.Az xəbər saytı

Putin: Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk


Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.

Bunu avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək istərdim. Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur.

Vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

Dünən və bu gün keçirilən danışıqlar əsnasında Sizə görüşümüzün, birgə işimizin başlanması üçün yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün də, sözün əsl mənasında, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik.

Bu gün aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik”, - Putin qeyd edib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Putin: Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk - YENİLƏNİB
Putinin Bakıya səfəri: Nə Qərb, nə Rusiya - Azərbaycan üçün əsas öz maraqlarıdır - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər