Avstraliyada koala böhranı, evkalipt meşələri sürətlə məhv olur
Avstraliyanın şərq sahillərində koala populyasiyası sürətlə azalarkən, Cənubi Avstraliyada əks proses müşahidə olunur. Yeni araşdırma bölgədə koalaların sayının ekosistemin daşıma qabiliyyətini aşaraq ciddi ekoloji problemlər yarada biləcəyi barədə xəbərdarlıq edir.
Far.Az xəbər verir ki, Sidney Texnologiya Universiteti və Avstraliya Muzeyinin alimləri müəyyən ediblər ki, Mount Lofty Ranges bölgəsindəki koala sayı ölkə üzrə ümumi populyasiyanın təxminən 10 faizinə çatıb. Müdaxilə olunmasa, növbəti 25 ildə bu rəqəmin 17–25 faiz artacağı proqnozlaşdırılır.
Araşdırmaya görə, həddindən artıq çoxalma koalaların əsas qida mənbəyi olan evkalipt meşələrinin sürətlə məhv olmasına səbəb olur. Alimlər bu tendensiyanın davam edəcəyi halda kütləvi aclıq və ölüm hallarının qaçılmaz olacağını bildirirlər.
Koalaların ölkənin simvolu olması səbəbindən məhv etmə və ya köçürmə üsulları uyğun hesab edilmir. Mütəxəssislər hər il dişi koalaların təxminən 22 faizinin sterilizasiyasını daha humanist həll yolu kimi təklif edirlər. Proqramın yalnız sıx məskunlaşmış ərazilərdə tətbiqi və 25 illik dövrdə təxminən 34 milyon dollara başa gələcəyi qeyd olunur.
Qeyd edək ki, Cənubi Avstraliyadakı bu vəziyyət 1920-ci illərdə həyata keçirilmiş mühafizə tədbirlərinin nəticəsidir. Xəstəliklərdən uzaq və əlverişli mühitdə koalalar gözləniləndən daha sürətlə çoxalıb.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













