"Napoli" braziliyalı müdafiəçini 20 milyon avroya transfer edir
Far.Az xəbər saytı

"Napoli" braziliyalı müdafiəçini 20 milyon avroya transfer edir


İtaliya A Seriyasının son çempionu "Napoli" "Verona"nın 20 yaşlı braziliyalı müdafiəçisi Jiovane Santananı heyətinə qatır.

"Far.Az" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında bildirib.

Tərəflər arasında danışıqlar uğurla yekunlaşıb və transferin detalları razılaşdırılıb. Neapol klubu bu keçid üçün A Seriyasının digər təmsilçisi "Verona"ya 20 milyon avro təzminat ödəyəcək.

J.Santana İtaliya çempionatının cari mövsümündə meydana çıxdığı 21 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Napoli" hazırda A Seriyasının turnir cədvəlində 43 xalla üçüncü pillədə yer alıb. "Verona" isə 14 xalla 20-cidir.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Türkiyə Superliqasında hərəkətli yay: 383 transfer, 327 milyon avro xərc
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər