Prokurorluq və ADY yanacaq oğurluğuna dair hökmdən narazıdır: "Ziyanın məbləği çoxdur"
Lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sabiq əməkdaşları məhkəmə hökmündə göstərilmiş məbləğdə dövlətə dəymiş ziyanı ödəyiblər. Lakin prokurorluq və ADY bununla razılaşmır, ziyanın real məbləğinin hökmdə göstəriləndən daha çox olduğunu bildirirlər.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə hökmü ilə müəyyən edilmiş 107 min manatlıq ziyanın ödənilməmiş 31 min 837 manatlıq hissəsi də bu günlərdə təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanov tərəfindən geri qaytarılıb.
İttiham tərəfi qeyd edir ki, istintaq dövründə aparılmış mütəxəssis rəyi ilə bu cinayət əməli nəticəsində dövlətə dəymiş ziyan 236 min manat təşkil edir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizası isə yeyintinin 236 min deyil, 107 min manat olduğunu müəyyən edib. Bu rəyə əsasən də hökm çıxarılıb.
Hazırda prokurorluq və zərərçəkmiş tərəf məhkəmə ekspertizasının rəyini qəbul etmir. Bu səbəbdən dövlət ittihamçısı protest, ADY isə apellyasiya şikayəti verib.
Eyni zamanda təqsirləndirilən şəxslər də hökmdən apellyasiya şikayəti təqdim ediblər.
Eldəniz Sadıqovun vəkili Nicat Vəliyev sayta açıqlamasında deyib ki, bir neçə gün əvvəl ziyanın qalan hissəsi də tam ödənilib. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə qərar verəcəyinə ümid edirlər.
Şikayətlər üzrə yaxın günlərdə yeni məhkəmə başlayacaq.
Qeyd edək ki, Eldəniz Sadıqov ADY-nin Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi, Famil Soltanov isə İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyiblər.
Onlar 70 ton yanacağın mənimsənilməsində təqsirli biliniblər. Məhkəmə hökmü ilə Sadıqov 6 il, Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













