Gürcüstan Azərbaycana kauçuk ixracından qazancını 4 dəfəyə yaxın artırıb
Far.Az xəbər saytı

Gürcüstan Azərbaycana kauçuk ixracından qazancını 4 dəfəyə yaxın artırıb


Ötən il Gürcüstan Azərbaycana 2,2 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın analoji məhsullar tədarük etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 32,5 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 38 % çoxdur.

Hesabat dövründə Gürcüstan Niderlanda 10,6 milyon ABŞ dolları, Polşaya 4 milyon ABŞ dolları, Ermənistana 3,6 milyon ABŞ dolları, Türkiyəyə 2,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 23,6 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları satıb ki, bunun da 615 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər