Yüksəkvəzifəli məmurun evinə gizli kamera quraşdırıb beş milyon dollar istəyən şəxs həbs olundu
Far.Az xəbər saytı

Yüksəkvəzifəli məmurun evinə gizli kamera quraşdırıb beş milyon dollar istəyən şəxs həbs olundu


Azərbaycanda yüksəkvəzifəli şəxslərdən birinin evinə qanunsuz olaraq gizli kamera quraşdıraraq intim görüntülərini əldə edən 1987-ci il təvəllüdlü Elvin Əhmədovun (soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qarşı tərəfi bu görüntülərlə şantaj edərək külli miqdarda pul ələ keçirən təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, Elvin tanışlarının vasitəsilə vəzifəli şəxsin evinin açarını qanunsuz olaraq ələ keçirib və mənzilə gizli kamera quraşdırmağa nail olub. O, bundan sonra həmin şəxsdən 5 milyon dollar pul tələb edib. Zərərçəkmiş şəxs isə görüntülərin yayılmasından ehtiyat edərək onu şantaj edənlərə 840 min ABŞ dolları ödəyib.

Prosesin davamında isə zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına baş verənlərlə bağlı şikayət ərizəsi ilə müraciət edib. Nəticədə qanunsuz əməllərlə məşğul olan Elvin Əhmədov cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər