"Qəbələ"nin məşqçisi: "Şamaxı" ilə matça çox yaxşı hazırlaşmışdıq"
"Qəbələ" komandası Misli Premyer Liqasının XVII turunda "Şamaxı" ilə oyuna çox yaxşı hazırlaşıb.
"Far.Az" xəbər verir ki, bunu "qırmızı-qaralar"ın məşqçisi Georgi Çixradze matçdan sonrakı mətbuat konfransında deyib.
Mütəxəssis qalibiyyət münasibətilə komandanı təbrik edib:
"Bilirdik ki, möhkəm kollektivə qarşı oynayacağıq. Yanvarın 4-dən təlim-məşq toplanışına başladıq və bütün hazırlığı məhz bu qarşılaşmaya uyğun qurmuşduq. 'Şamaxı' mövsümün əvvəlində tətbiq etdiyi sistemi sonradan dəyişmişdi. Ona görə də rəqibin hər iki oyun sistemini təhlil etmişdik".
G.Çixradze heyətə yeni qoşulan futbolçuların çıxışından razılığını bildirib:
"Yeni transferlərimiz bu gün çox yaxşı təsir bağışladılar. Onlar artıq komandaya uyğunlaşıblar".
Qeyd edək ki, Şamaxı şəhər stadionunda baş tutan görüş "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













