Azərbaycan millisinin baş məşqçisi: "Qələbə gələcək üçün inam verdi"
Azərbaycan millisinin Danimarka yığmasına qarşı keçirdiyi ikinci yoldaşlıq görüşündə qazandığı qələbə gələcək üçün inam verib.
"Far.Az" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis keçirilən iki yoxlama oyununun komandaya böyük təcrübə qazandırdığını bildirib:
"Oyun intizamını düzəltməyə çalışdıq, çünki bu bizim üçün vacib məqamdır. Bugünkü oyunda bunu 90 faiz bacardıq. Oyunçuların əksəriyyəti gəncdir, bəzən emosiyalarını boğa bilmirlər. Bu da tədricən nizamlanacaq. İstedadlı, perspektiv vəd edən futzalçılarımız var. Təcrübəli oyunçularla birgə möhkəm kollektiv quracağıq. Qazanılan qələbə özünəinamı artırdı".
Y.Kukseviç taktiki planda dəyişikliklər etdiklərini də qeyd edib:
"İlk oyundan sonra rəqibə uyğun müəyyən addımlar atdıq. Futzalçılarla fərdi söhbətlər də apardıq. Ən əsası, intizam məsələsinə diqqət yetirdik. Təbii ki, bunlar tədricən düzələcək".
Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan görüş Azərbaycan millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında yanvarın 22-də keçirilən ilk oyunda isə Danimarka millisi 4:1 hesablı qələbəyə sevinmişdi.
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













