Anar Məcidov: Xankəndi şəhər 4 saylı tam orta məktəbində hazırda 296 şagird qeydiyyatdan keçib
Xankəndi şəhər 4 saylı tam orta məktəbində hazırda 296 şagird qeydiyyatdan keçib
Bunu “Far.Az”un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Anar Məcidov deyib.
Onun sözlərinə görə, məktəbdə yeni dərs ili sentyabrın 23-də başlayacaq:
“İki gün əvvəl dövlət başçısının iştirakı ilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbin açılışı olub. Sentyabrın 23-də bu məktəbdə ilk dərs günü başlayacaq. Məktəb 624 şagird yerlikdir. Hazırda 296 şagird rəsmi olaraq qeydiyyatdan keçib. Eyni zamanda, 57 şagird hələ cavab gözləyir. Biz həmin şagirdləri də təhsilə cəlb edəcəyik. Burada yaşayan ailələrin övladları təhsildən kənar qala bilməz”.
A.Məcidov məktəbin pedaqoji kollektivinin artıq formalaşdırıldığını bildirib:
“Məktəbin direktoru müəyyənləşib. Elm və təhsil nazirinin məktəbəqədər təhsildə dövlət agentliyinin ciddi dəstəyi ilə biz işğaldan azad olan bütün ərazilərdə, xüsusilə Xankəndi şəhər 4 saylı tam orta məktəbində ən yüksək hazırlıqlı müəllimləri seçərək işə qəbul edilib. İnanırıq ki, şəhidlərimizin qanı hesabına başa gələn bu böyük qələbəyə yaxşı təhsillə cavab verəcəyik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib













