KİV: Ukrayna Fransanın "Rodeur" zərbə dronlarını alıb
Fransız şirkəti "EOS Technologie" Ukraynaya 500 km-ə qədər uçuş məsafəsinə malik olan bir neçə "Rodeur 330" zərbə dronunu təhvil verib.
"Report" xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
"EOS Technologie"nin prezidenti Jan-Mark Zuliani qeyd edib ki, qərb istehsalçıları üçün dronların Ukraynaya ötürülməsi pilotsuz uçuş aparatlarını səhra şəraitində sınaqdan keçirmək üçün unikal fürsətdir.
Qeyd olunur ki, həm kəşfiyyat missiyalarını, həm də kamikadze hücumlarını yerinə yetirə bilən bu model Avropada daha çox "qalxan" kimi istifadə olunur, Ukrayna isə "qılınc" məntiqinə əsaslanır.
"Rodeur 330" Fransanın "EOS Technologie" şirkətinin zərbə dronudur. Pilotsuz təyyarə səmaya buraxılır və 5 saata qədər havada qala bilir.
Dronun 4 kq faydalı yük daşıya bildiyi iddia edilir və 500 km-ə qədər iş məsafəsinə malikdir, qanadların ümumi uzunluğu isə 3,3 metrdir. "Rodeur" 120 km/saat sürətə malikdir və maksimum 5000 metr hündürlükdə uça bilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













