"Regional" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Fevralın 3-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Regional" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Far.Az" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Xalq Bank" 5 milyon manatlıq istiqraz buraxır
"Bir Kredit" BOKT-un istiqrazlarına 68 investor maraq göstərib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb













