"Qarabağ" İngiltərə klublarına qarşı: Azərbaycan çempionu əvvəlki 8 oyunda qələbə qazanmayıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçiriləcək "Qarabağ" - "Liverpul" oyunu Azərbaycan çempionunun İngiltərə klublarına qarşı doqquzuncu dueli olacaq.
"Report"un məlumatına görə, "köhlən atlar" əvvəlki səkkiz qarşılaşmanın yeddisində uduzub, birində isə heç-heçə edib.
Qapısında 23 qol görən komanda 3 dəfə fərqlənib.
İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə rəqib olub. London təmsilçisi hər iki görüşdə qalib gəlib - 3:1, 1:0.
"Qarabağ" ardınca UEFA Çempionlar Liqasının qrup mərhələsində bu ölkənin "Çelsi" komandası ilə üz-üzə gəlib. İngiltərədə 6 cavabsız qola üzülən ağdamlılar Bakıda 0:4 hesabı ilə məğlub olub.
"Köhlən atlar" 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində "Arsenal"la qarşılaşıb. Azərbaycan çempionu bu dəfə də hər iki qarşılaşmadan məğlub ayrılıb - 0:3, 0:1.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə UEFA Avropa Liqasının Liqa mərhələsində "Tottenhem"lə səfərdə münasibətlərə aydınlıq gətirib. Londonlular 3:0 hesablı qələbəyə seviliblər.
Azərbaycan təmsilçisi son olaraq ötən ilin noyabrında, hazırkı turnirin əsas mərhələsində Bakıda "Çelsi"ni qəbul edib. Həmin matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Çempionlar Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
"Gənclik Mall"da yanğın həyəcanı
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır













