Bakıda iki nəfərdən 20 kq narkotik vasitə aşkarlanıb
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 38 yaşlı Azad Fərəcov və əvvəllər məhkum olunan 41 yaşlı Mikayıl Səlimov saxlanılıb. A.Fərəcovdan 3 kiloqram 175 qram tiryək, 7 kiloqram 340 qram marixuana, 800 ədəd metadon həbi, M.Səlimovdan isə 2 kiloqram 10 qram heroin və metamfetamin, eləcə də 8 kiloqram 75 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Sonuncu əməliyyat zamanı 20 kiloram 637 qram narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işləri başlanılıb. A.Fərəcov və M.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 36 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













