"Star Mining" zərərlə işləməyə başlayıb
"Star Mining" MMC 2024-cü ili 4,045 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2023-cü ildən 2,994 milyon manat xalis mənfəətlə çıxmışdı.
"Far.Az" xəbər verir ki, 2024-cü ildə "Star Mining"in göstərdiyi xidmətlərdən (əməliyyat) gəlirləri 53,96 milyon manat (2023-cü ilə nisbətən 10,7 % az), xidmətlərinin maya dəyəri 50,4 milyon manat (2,6 % çox), ümumi və inzibati xərcləri 6,636 milyon manat (8,8 % çox), xalis maliyyə xərcləri 1,136 milyon manat (0,4 % az), maliyyə aktivlərində dəyərsizləşmə zərəri 651 min manat (40,7 dəfə çox), valyuta məzənnələri üzrə zərəri 14 min manat (əvvvəlki il gəlir olub), maliyyə gəlirləri 220 min manat (dəyişməyib), digər gəlirləri 235 min manat (29,4 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti 378 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Star Mining"in aktivləri 31,831 milyon manat olub ki, bu da illik müqayisədə 17,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,2 % azalaraq 27,956 milyon manata, balans kapitalı isə 2,1 dəfə azalaraq 3,875 milyon manata düşüb.
Xatırladaq ki, "Star Mining" 2016-cı ildən dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 min manatdır.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AZAL-ın xalis mənfəəti 86 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













