ABŞ dollarının indeksi son dörd ilin minimumunu yeniləyib
Far.Az xəbər saytı

ABŞ dollarının indeksi son dörd ilin minimumunu yeniləyib


Londonun ICE birjasındakı ticarət əməliyyatlarında ABŞ dollarının əsas dünya valyutalarına qarşı dinamikasını əks etdirən dollar indeksi 96,2 bəndlik həddən aşağı düşüb.

"Report" xəbər verir ki, ticarət məlumatlarına görə, bu, 23 fevral 2022-ci ildən bəri ilk dəfə baş verib.

Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, Amerika valyutasının indeksi 0,91 % azalaraq 96,175 bəndə enib. Saat 21:08-ə doğru indeks azalma tempini yavaşladaraq 96,229 bənd (-0,85 %) səviyyəsində qərarlaşıb.

Dollar indeksi ABŞ valyutasının altı xarici valyutadan ibarət səbətə (avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı) qarşı nisbətini göstərir. İndeks nə qədər yüksəkdirsə, dollar bu valyutalara nisbətdə bir o qədər güclü hesab olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər