Azərbaycan karateçiləri "Tbilisi Open 2026" beynəlxalq turnirində iştirak edəcəklər
Far.Az xəbər saytı

Azərbaycan karateçiləri "Tbilisi Open 2026" beynəlxalq turnirində iştirak edəcəklər


Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçilərdən ibarət milliləri noyabrın 14-15-də Gürcüstanın Tbilisi şəhərində keçiriləcək "Tbilisi Open 2026" beynəlxalq turnirində iştirak edəcəklər.

Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.

Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq. Mehman Əlirzayev və Murad Hacızadə turnirdə hakim qismində iştirak edəcəklər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
Azərbaycan karateçiləri dünya çempionatını 5 medalla başa vurublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər