Planetlərin kiçik paradını nə vaxt görmək mümkün olacaq?
Fevralın 28-nə keçən gecə Yer sakinləri nadir astronomik hadisə - planetlərin kiçik paradını müşahidə edə biləcəklər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Moskva Planetariyasının əməkdaşı Lyudmila Koşman qurumun "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, gecə səmasında Günəş sisteminin demək olar ki, bütün planetləri bir-birinə olduqca yaxın məsafədə düzüləcək. Yalnız Mars bu "səma tamaşasında" iştirak etməyəcək.
Yupiter və Uran gecə saatlarında müşahidə edilə biləcək. Yupiter Əkizlər bürcündə parlaq şəkildə görünəcək, Uran isə yalnız teleskop vasitəsilə seçiləcək. Digər dörd planet - Saturn, Neptun, Merkuri və Venera - səmanın dar bir sektorunda toplanaraq planetlərin kiçik paradını formalaşdıracaq.
Müşahidə üçün ən əlverişli şərait fevralın 28-i axşam saatlarında yaranacaq. Planetlər günbatımı zamanı səmanın qərb üfüqü üzərində çox alçaqda yerləşəcək. Koşmanın sözlərinə görə, Neptunu müşahidə etmək yalnız güclü teleskopla mümkün olacaq.
Bundan əlavə, fevral ayında halqavari Günəş tutulması da baş verəcək. Tutulma fevralın 17-də Cənub yarımkürəsində müşahidə olunacaq və Bakı vaxtı ilə saat 13:57-dən 17:27-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yer sakinləri planetlərin paradını görə biləcək
Sabah səmada "planetlərin paradı" başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













