Rimas Kurtinaytis: "Basketbolçularımız "Neftçi" ilə matçda yaxşı mübarizə apardılar"
Far.Az xəbər saytı

Rimas Kurtinaytis: "Basketbolçularımız "Neftçi" ilə matçda yaxşı mübarizə apardılar"


"Sabah" basketbolçuları "Neftçi" ilə matçda yaxşı mübarizə aparıblar.

"Far.Az" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Neftçi" üzərində qaznaılan qələbəni şərh edib:

"İlk dəqiqələrdən çox yaxşı müdafiə olunduq. Məşqlərdə müdafiəyə çox diqqət ayırırıq. Təbii ki, hesab arasındakı fərq böyük olanda basketbolçuları tonusda saxlamaq çətin olur. Buna baxmayaraq çox yaxşı mübarizə apardılar. Oyunçularımızı yaxşı oyuna görə təbrik edirəm".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının XI turdan təxirə salınmış oyununda "Sabah" "Neftçi"ni 125:89 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Basketbol Liqası: XI turdan təxirə salınmış oyun keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Basketbol Liqasının XI turdan təxirə salınmış matçında "Sabah" "Neftçi"yə qalib gəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər